Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Latviyada çempion bəlli oldu

Latviyada çempion bəlli oldu

Tarix: 22 Noyabr 2020 07:44

Latviya çempionatında bu mövsümün qalibi müəyyənləşib.

Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, "Riga" mövsümün başa çatmasına iki tur qalmış qızıl medalları təmin edib.

Buna liderin əsas izləyicisi RFS-in səfərdə "Liepaya"ya 0:1 hesablı məğlubiyyəti də şərait yaradıb. 25 oyuna 69 xal toplayan "Riga" son iki turda uduzsa belə, mövsümü lider kimi başa vuracaq. Çünki ikinci pillədə qərarlaşan RFS-in hazırda 60 xalı var.

Qeyd edək ki, bu, "Riga"nın həm bütövlükdə, həm də ardıcıl üçüncü çempionluğudur. 2014-cü ildə yaradılmış bu klub 2018 və 2019-cu illər mövsümünün də qalibi olub.


Etiketlər:  Latviyada çempion bəlli oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ