Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2020 11:00
Bakı. Trend:
2020-ci ilin yanvar-oktyabr aylarında Türkiyədən Azərbaycana elektrik avadanlıqlarının ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 7,55 faiz artaraq 139,454 milyon dollar təşkil edib.
Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
2020-ci ilin oktyabrında Türkiyədən Azərbaycana elektrik avadanlıqları ixracı 2019-cu ilin oktyabrı ilə müqayisədə 13,65 faiz azalıb və 13,232 milyon dollara bərabər olub.
Qeyd edək ki, 2020-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin dünya bazarlarına elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz azalaraq 8,73 milyard dollar təşkil edib.
Hesabat dövründə Türkiyənin elektrik avadanlığı ixracının payı ümumi ixracın 6,4 faizini təşkil edib.
Son 12 ay ərzində (oktyabr 2019 – oktyabr 2020) Türkiyə 10,716 milyard dollar məbləğində elektrik avadanlığı ixrac edib.