Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səməndər Rzayevin oğlu niyə intihar edib?

Səməndər Rzayevin oğlu niyə intihar edib?

Tarix: 23 Noyabr 2020 13:48

Rəşid sakit təbiətli bir insan idi. Son illər ona qarşı da çox haqsızlıqlar oldu. Sənətdə heç bir iz qoya bilməyənlərin oyununun felinə düşmüşdü. Sonu da intihar oldu. Yaşadığı binadan özünü atdı. Bu xəbər məni çox sarsıtdı.

Sonxeber.net xəbər verir, bu sözləri tanınmış teatrşünas-tənqidçi Anar Bürcəliyev aktyor Səməndər Rzayevin oğlu Rəşid Səməndər haqda danışarkən bildirib.

O Rəşidlə tələbələlik illərindən tanış olduğunu deyib.

"Bacısı, tələbə yoldaşım Rübabə xanımla danışdım. Bilmirəm əziz bacım Rübabəyə necə başsağlığı verdim. Sözümü belə deyə bilmirdim. Rəşid bizdən bir kurs aşağıda, Mədəniyyət və İncəsənət Universitetinin "Aktyorluq" fakültəsində təhsil alırdı. Demək olar ki, hər günümüz bir yerdə keçirdi. Çox dəyərli bir aktyor dostumuzu itirdik", - Anar Bürcəliyev bildirib. (moderator.az)


Etiketlər:  Səməndər Rzayevin oğlu niyə intihar edib


RƏYLƏR