Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2020 04:28
Bakı. Trend:
Fransada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 4 452 nəfər yoluxub.
Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 2 144 660 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka koronavirusdan 500 nəfər ölüb, ölənlərin ümumi sayı 49 232 nəfər təşkil edir.