Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Erməni silahlılarının təcavüzü nəticəsində Füzulinin işğal edilməyən hissəsində 11 ev tam dağılıb - KOMİSSİYA

Erməni silahlılarının təcavüzü nəticəsində Füzulinin işğal edilməyən hissəsində 11 ev tam dağılıb - KOMİSSİYA

Tarix: 24 Noyabr 2020 17:00

Ermənistan silahlı qüvvələrinin dinc sakinlərin olduğu yaşayış məntəqələrini atəşə tutması nəticəsində Füzuli və Cəbrayıl rayonlarına dəymiş ziyanın müəyyənləşdirilməsi prosesi davam edir.

Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində mülki əhaliyə dəyən ziyanın müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı yaradılmış Dövlət Komissiyasının üzvü İsmayıl Zeynalov deyib. O bildirib ki, komissiya üzvləri artıq Cəbrayıl rayonunda ev və obyektlərə dəymiş ziyanı müəyyənləşdirib: "Cəbrayıl rayonunda artıq dəqiqləşdirmə aparılıb. 47 evə ziyan dəyib. Onlardan 41-i fərdi ev, 3-ü sahibkarlıq obyekti, 1-i məktəb, 2-si isə inzibati binadır. Cəbrayıl rayonunda tam dağılan ev yoxdur, amma 47 ev qəzalı vəziyyətdədir.

Füzuli rayonunun işğal edilməyən hissəsində azərbaycanlıların yaşadığı 325 fərdi evə baxış keçirilib. Onlardan 4-ü məktəb, 3-ü isə inzibati binadır. Füzuli rayonunda 11 ev tam olaraq dağılıb, qalanları isə qəzalı vəziyyətə düşüb. Hazırda Füzuli rayonunda araşdırmalar davam edir".


Etiketlər:  Erməni silahlılarının təcavüzü nəticəsində Füzulinin işğal edilməyən hissəsində dağılıb KOMİSSİYA


RƏYLƏR