Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu istirahət mərkəzləri dənizə çirkab axıtdıqları üçün cəzalandırıldı

Bu istirahət mərkəzləri dənizə çirkab axıtdıqları üçün cəzalandırıldı

Tarix: 8 Iyul 2019 15:52

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, növbəti belə tədbir iyulun 5-də paytaxtın Türkan qəsəbəsi ərazisində keçirilib.

Reyd zamanı çirkab suların dənizə axıdılması faktları aşkar edilib və “Voyaj”, “Park Riyad”, “Caspian Beach” istirahət mərkəzlərinin sahibi və icarədarları İnzibati Xətalar Məcəlləsinin 233 və 264-cü maddələrinin tələblərini pozduqlarına görə barələrində protokollar tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  istirahət mərkəzləri dənizə çirkab axıtdıqları üçün cəzalandırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ