Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qalatasaray''ın prezidenti azərbaycanlı şəhiddən danışdı

''Qalatasaray''ın prezidenti azərbaycanlı şəhiddən danışdı

Tarix: 25 Noyabr 2020 17:28

Türkiyənin "Qalatasaray" klubunun prezidenti Mustafa Cengiz Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması zamanı şəhid olmuş Fərid Dursonov barədə danışıb.

Sonxeber.net matc.az-a istinadən bildirir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:

"Komandaya azarkeşlik etmək izaholunmaz bir hissdir. Yağışda, palçıqda matça gələn insanlar var. Fərid Dursunovun atası ilə danışdım. Bakıdan çox uzaq yerdə yaşayırlar. Allah heç kimə övlad acısı verməsin. Sıra ilə ölüm versin. Atəş düşdüyü yeri yandırar. Atası Fazil bəy ilə danışdım, çox sevindi. Eyni duyğuları mən də yaşadım. "Övladım yaşasaydı, çox xoşbəxt olardı" dedi. Bu, bir tutqudur. İnsan sadəcə maddi şeylərlə yaşaya bilməz. Bu şəhidimiz bizi çox duyğulandırdı. Milli duyğuları bir araya gətirdi. Nur içində yatsın. Allah qəni-qəni rəhmət eləsin".
 
Qeyd edək ki, daha əvvəl "Qalatasaray" klubu Fərid Dursunov və Murad Məmmədovla bağlı paylaşım edib. Dursunov vəfat etməzdən əvvəl "Şəhid olsam, məzarımda "Qalatasaray" bayrağı da olsun" ifadəsini işlədib. Məmmədovun isə səs yazısı yayılıb. O, həmin səs yazısında bu ifadələri işlədib: "Bu, "Qalatasaray" sevgisidir, əzizim. Bitən deyil. Mənimlə qəbir evinə qədər gedəcək".


Etiketlər:  Qalatasarayın prezidenti azərbaycanlı şəhiddən danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ