Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Polşa ''Cənub Qaz Dəhlizi''nin gələcək inkişafını dəstəkləyəcək - Səfir

Polşa ''Cənub Qaz Dəhlizi''nin gələcək inkişafını dəstəkləyəcək - Səfir

Tarix: 26 Noyabr 2020 07:48

Polşa hər zaman "Cənub Qaz Dəhlizi" layihəsini siyasi baxımdan dəstəkləyib.

Sonxeber.net bildirir ki, bunu Trend-ə Polşanın Azərbaycandakı səfiri Rafal Poborski deyib.

O bildirib ki, bu layihə Azərbaycan üçün çox vacib layihədir:

"Biz şadıq ki, Trans-Adriatik boru kəmərinin (TAP) işə salınması ilə Azərbaycan "Cənub Qaz Dəhlizi" layihəsini başa çatdırır. Bu, ölkəniz üçün vacib layihədir və Azərbaycan, Avropa İttifaqı və digər Qərb ölkələri arasında yüksək səviyyəli əməkdaşlığın bariz nümunəsidir. Böyük lider Heydər Əliyevin Qərb kapitalı və təcrübəsinə dayanmaqla enerji sektorunu inkişaf etdirmək qərarı tarixi və cəsarətli qərar idi və Bakıya nəinki enerji sahəsində, həm də bir çox digər sahələrdə uğur qazanmağa imkan verdi. Polşa ümid edir ki, Azərbaycan bu yolu davam etdirəcək. Mən vurğulamaq istərdim ki, Varşava hər zaman bu layihəni siyasi baxımdan dəstəkləyib".

Səfir qeyd edib ki, Polşa Azərbaycanla energetika sahəsində əməkdaşlıq üçün potensial görür:

"Uğurlu siyasi və iqtisadi dəyişikliklər sayəsində Polşa enerji sahəsində səmərəli əməkdaşlıq təklif edir. Neft-qaz sahəsində "Orlen" və ya "Polish Oil Mining and Gas Extraction" kimi flaqmanlarımız artıq öz layihələrini bir çox bazarda reallaşdırır. Biz "Cənub Qaz Dəhlizi"nin gələcək inkişafını dəstəkləyəcəyik, çünki bu, Aİ üçün enerji mənbələrinin real şaxələndirilməsini təmin edir. Biz həm də Azərbaycan xam neftinin şərq və cənub qonşularımıza tədarükünü müsbət qiymətləndiririk.

Eyni zamanda, Polşa bərpa olunan enerji mənbələri və yaşıl texnologiyalar sahəsində əməkdaşlıq üçün böyük potensiala malikdir. Bir çox şirkətlərimiz maraqlı texnologiyalar hazırlayıb ki, bunlar Azərbaycanda şirkət və müəssisələrə maraqlı ola bilər. Külək enerjisi, bioyanacaq və ya günəş enerjisi perspektivli əməkdaşlıq sahələri hesab olunur. Ona görə də biz Azərbaycan rəhbərliyinin bərpa olunan enerji mənbələrinə daha çox diqqət ayırmaq qərarını alqışlayırıq. Bu, çox vacibdir, çünki bu, təmiz enerjidir və sizin ölkənizdə Günəş və külək enerjisinin istehsalı üçün gözəl şərait var".


Etiketlər:  Polşa Cənub Dəhlizinin gələcək inkişafını dəstəkləyəcək Səfir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ