Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2020 08:44
Libertadores kubokunun "Boka Xuniors" (Argentina) və "İnternasional" (Braziliya) oyunları təxirə salınıb.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, buna futbol əfsanəsi Dieqo Maradonanın ölümü səbəb olub.
Bu barədə qərarı Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) verib. 1/8 final mərhələsinin noyabrın 26-da baş tutmalı olan ilk, dekabrın 3-də keçirilməsi planlaşdırılan cavab matçı bir həftə sonraya keçirilib. Komandalar ilk görüşünə dekabrın 3-də, cavab qarşılaşmasını 10-da çıxacaq.
Qeyd edək ki, bu gün 60 yaşında dünyasını dəyişən Maradonanın futbolçu karyerasında son klub "Boka Xuniors" olub.