Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2020 10:20
Azərbaycanda yetişdirilən sitrus bitkilərinin məhsuldarlığı artıb.
Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin meyvəçilik şöbəsinin müdiri Surxay Novruzov deyib.
O bildirib ki, artım əsasən limon, feyxoa, portağal və naringi meyvələrində qeydə alınıb: "2018-ci illə müqayisədə 2019-cu ildə sitrus bitkilərində məhsuldarlıq limon istehsalında 3%, feyxoada 11%, portağalda 7%, naringidə isə təxminən 2% artıb".