Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanda koronavirusa yoluxanların sayı 130 mini keçib

Ermənistanda koronavirusa yoluxanların sayı 130 mini keçib

Tarix: 26 Noyabr 2020 11:40

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 130 870 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 1 785 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 28 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 2 068 nəfər koronavirusdan ölüb, 25 228 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.


Etiketlər:  Ermənistanda koronavirusa yoluxanların sayı mini keçib


RƏYLƏR