Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2020 23:56
Bakı. Trend:
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turu keçirilib.
Trned-in məlumatına görə, İ qrupu çərçivəsində Azərbaycanın "Qarabağ" futbol komandası Türkiyənin "Sivasspor" klubu ilə qarşılaşıb.
Oyun Türkiyə təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Qaliblərin heyətində qolları A.Kone (40-cı və 79-cu dəqiqələr) və O.Kayode (58-ci dəqiqə) vurublar, Azərbaycan klubunun heyətində isə qolları A.Zubir (8-ci dəqiqə) və U.Matiç (51-ci dəqiqə) vurublar.
Qeyd edək ki, "Qarabağ" qrup mərhələsinin 4 turundan sonra 0 xalla qrupda sonunca yerdə qərarlaşıb.