Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb

Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb

Tarix: 8 Iyul 2019 21:20

Bakı. Trend:

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb.

Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından Trend-ə məlumat verilib.

Bildirilir ki, A.Xudiyev birinci mərhələnin cavab oyunları çərçivəsində iyulun 18-də “NYA Parken”də keçiriləcək “Norrköping” (İsveç) – “ST.Patrick” (İrlandiya) qarşılaşmasının hakim-inspektoru olacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb


RƏYLƏR