Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Samsung Jet ™ tozsoranı ilə maksimum rahatlıqla mükəmməl təmizlik (FOTO)

Samsung Jet ™ tozsoranı ilə maksimum rahatlıqla mükəmməl təmizlik (FOTO)

Tarix: 27 Noyabr 2020 10:00

Bakı. Trend:

Evin təmizliyi nədən başlayır? Əlbəttə ki, tozsorandan! Lakin, ağır tozsoranın "yığılması" və evin içində "biçimsiz" bir şəkildə gəzişməsi səbəbindən bəzən adi bir təmizlik, belə əsl sınağa çevrilir. Rahat, yüngül əl tozsoranına sahib olmaq hər birev xanımının arzusudur və Samsung Jet ™ tozsoranı sayəsində bu xəyal indi gerçəkdir. Samsung Jet ™ yüngül korpusa malikdir və çəkisi cəmi 1,66 kq təşkil edir, o güclü işləmə qabiliyyəti və yüngüllüyü ilə seçilərək, evinizdə təmizliyi təmin etmək üçün dizayn edilmişdi.

Samsung Jet ™ daim enerjiyə qənaət edən və 200W-a qədər davamlı sovurma gücünü təmin edən rəqəmsal inverter mühərriki ilə sovurma gücünü itirmir. Belə ki, inverter mühərriki hava axının hərəkətini, əsas oxa ultrasəs qaynağı ilə bərkidilmiş nazik qanadları olan xüsusi pər sayəsində idarə edir. Həmçinin, Jet Cyclone texnologiyası sayəsində tozsoran son dərəcə təmiz hava xaric edir və daha uzun müddət sabit sovurma gücünü qoruyub saxlamağa imkan yaradır. Belə ki, burada siklon sisteminin 27 dəliyi optimal hava axını yaradaraq sovurma gücünün itkisini azaldır.

üksək sovurma gücü və 5 qatlı HEPA filtrasiya sistemi sayəsində Samsung Jet ™ evinizin təmizliyini təmin etməklə yanaşı, həm də havanı tozdan təmizləyir. Sözü gedən bu filtrasiya sistemi təmizlənmə zamanı otaq sahəsinə geri xaric olunan tozu minimuma endirir. Birinci mərhələdə tozsoranın siklonu iri, metal torlu filtri isə xırda toz hissəciklərini ayırır. İkinci mərhələdə şırnaq siklon və mikro filtr daha kiçik toz hissəciklərini ələkdən keçirir və nəhayət sonda, ultra incə toz filtri 0,3 ~ 10mkm ölçülü toz və allergenlər daxil olmaqla mikro hissəciklərinin 99,999%. -ni zərərsizləşdirir.

Eyni zamanda, tozsoranın təmizlənməsi də asandır, belə ki, məişət texnikası tamamilə yuyula bilir. Burada, toz torbasını, multi-siklon sistemi daxil olmaqla, su ilə asanlıqla yuya bilərsiniz. Konteynerin özünü və teleskopik borunu tozsoran korpusundan ayırmadan asanlıqla çıxa bilərsiniz.

Tozsoran naqilsiz olduğundan, 60 dəqiqə işləmə ehtiyatına malik, yüksək tutumlu batareya ilə təchiz olunmuşdur. Batareyanın neçə faiz olduğunu yoxlamaq üçün, tozsoran dəstəyinin üzərində yerləşdirilən intuitiv anlaşılan rəqəmsal displeydən istifadə edə bilərsiniz. Həmçinin, ekranda işləmə gücü və istifadə olunan başlığın növünü kimi məlumatlarda əks edilir. Əlavə olaraq, filtr və ya fırçanın tullantı ilə tıxanması barədə də xəbərdarlıq burada göstərilir.

Bundan əlavə, Samsung Jet ™, müxtəlif səthlər üçün nəzərdə tutulmuş fırça “arsenalı” ilə də təchiz edilmişdir. Belə ki, Turbo Action başlığı həm xalçalar, həm də döşəmə səthləri üçün idealdır. 180 dərəcə dönmə bucağına və dəqiqədə 3750 dövr fırlanma sürətinə malik olan bu fırça, yüksək manevr qabiliyyəti ilə yüksək performans nəticələri təmin edir. Əlavə olaraq, Soft Action başlığı toxunmuş anti-statik gümüş sapları sayəsində sərt döşəmələr və əl çatmaz yerlər üçün idealdır, ikiqat fırlanan nəm yastıqlarla təchiz olunmuş Spinning Sweeper isə döşəmələrin təmizlənməsində əvəz olunmaz köməkçidir.

Samsung Jet ™, çox vaxt və güc tələb etmədən evinizi təmiz və səliqəli saxlamağa kömək edir. Bu səbəbdən, Samsung-un təqdim etdiyi əl tozsoranı ilə sağlam və dolğun həyatdan zövq ala və yaxınlarınızla daha çox vaxt keçirə bilərsiniz.

Samsung Jet ™ tozsoranı ilə maksimum rahatlıqla mükəmməl təmizlik (FOTO) - Gallery Image Samsung Jet ™ tozsoranı ilə maksimum rahatlıqla mükəmməl təmizlik (FOTO) - Gallery Image Samsung Jet ™ tozsoranı ilə maksimum rahatlıqla mükəmməl təmizlik (FOTO) - Gallery Image


Etiketlər:  Samsung Jet tozsoranı ilə maksimum rahatlıqla mükəmməl təmizlik FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ