Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2019 21:44
Neymar şərəfini qoruduğu PSJ-nin düşərgəsinə qayıtmayıb.
Qol.az-ın xəbərinə görə, bu barədə Paris klubunun saytı bəyanat yayıb. Bildirilib ki, braziliyalı hücumçu bu gün PSJ-nin məşqlərində iştirak etməli idi. Ancaq o, klubdan icazə almadan vaxtında düşərgəyə qayıtmayıb.
Fransa klubu bu hadisədən heyfsləndiyini və 27 yaşlı oyunçunun etdiyi hərəkət səbəbindən lazımi tədbirləri görəcəyini açıqlayıb.
Qeyd edək ki, Neymarın "Barselona"ya keçəcəyi iddia olunur.