Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu müəllimlərin köməkçiləri olacaq - Qanuna dəyişiklik

Bu müəllimlərin köməkçiləri olacaq - Qanuna dəyişiklik

Tarix: 27 Noyabr 2020 13:09

Bakı. İlhamə İsabalayeva - Trend:

“Təhsil haqqında” qanuna müəllim köməkçisi (inklüziv təhsilin həyata keçirildiyi ümumi təhsil müəssisələrində pedaqoji prosesin təşkilində müəllimə kömək edən ixtisaslı mütəxəssis) anlayışı gətirilib

Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

Onun sözlərinə görə, müəllim köməkçiləri də müəllimlərlə bərabər eyni hüquqlara, imtiyazlara malik olacaqlar:

"“Təhsil haqqında” qanuna inkülziv təhsil anlayışını gətirməklə sağlamlıq imkanları məhdud olan şəxslər adi məktəblərdə həmyaşıdları ilə birlikdə təhsillərini davam etdirə biləcəklər. Bu zaman onların sağlamlıq imkanları məhdud olduğu üçün köməyə ehtiyacı olur. Bu halda müəllim köməkçisi vəzifəsini tutan, amma xüsusi hazırlıqlı, pedaqoji təhsilli köməkçilər olacaq ki, onlar həmin yardım funksiyalarını yerinə yetirəcəklər. Əgər ali və orta ixtisas təhsili müəssisələrində oxuyan sağlamlıq imkanları məhdud şəxslərin də belə köməyə ehtiyacı olarsa, sözsüz ki, orada da bu məsələlər nəzərə alınacaq”.


Etiketlər:  müəllimlərin köməkçiləri olacaq Qanuna dəyişiklik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ