Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2020 08:03
ATƏT Nazirlər Şurasının 27-ci toplantısı dekabrın 3-4-də videokonfrans formatında keçiriləcək.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat təşkilatın rəsmi internet səhifəsində yerləşdirilib. Məlumatda, həmçinin bildirilib ki, koronavirus pandemiyası ilə əlaqədar ilk dəfə Nazirlər Şurasının videokonfrans formatında keçirilməsi barədə qərar verilib. Təşkilatın saytında, həmçinin builki toplantının proqramı da yerləşdirilib.
Qeyd edək ki, bu il ATƏT-ə sədrliyi Albaniya edib, gələn il isə sədrlik İsveçə keçəcək.