Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2020 12:12
Azərbaycan atıcısı Ruslan Lunyov növbəti uğuruna imza atıb.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, təmsilçimiz Polşanın Belostok şəhərində təşkil olunan "Polish Open Kaliber" turnirində fərqlənib.
Güllə atıcımız 10 metr məsafədən atəş açmaqda uğura imza atıb. 241,7 nəticə göstərən Lunyov qızıl medala yiyələnib.
Həm kişi, həm qadınların iştirak etdiyi yarışda digər təmsilçimiz Nigar Nəsirova 196,6 xalla 4-cü olub.