Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Dekabr 2020 09:00
Soğan orqanizm üçün ən faydalı olan tərəvəzlərdən biridir. Onun tərkibində A, B və C vitaminləri maqnezium, kalsium, sodium, yod, fosfor və kükürd var. Bu səbəblərə görə soğan bəzi xəstəliklərin baş verməsini qarşısını ala bilmək qabiliyyətinə malikdir.
- Soğan bədənin müqavimətini artırır, bədəni gücləndirir.
- Zehni yorğunluğu aradan qaldırır.
- İmmuniteti artırır.
- Nəfəs yollarını açır və öskürəyi kəsir.
- Damar darlığını aradan qaldırır.
- Soyuqlqma və astma xəstəliyin sağalmasını sürətləndirir.
- Böyrək qumlarını tökür.
- Böyrək ağrılarını kəsir.
- Mikroböldürücü təsirə malikdir.
- Bədəndə və qanda olan zərərli maddələri təmizləyir.
- Qaraciyər fəaliyyətini sürətləndirir.
- Əsəbləri sakitləşdirir.
- Yaddaşı gücləndirir.
- Cinsi həvəsi artırır.
1. Soğanı yüngülcə pörtlədib barmaq dolamasının üstünə qoyduqda xəstəliyin əlamətləri aradan qalxır.
2. Qrip xəstəliyi zamanı buruna bir-neçə damcı soğan suyu damdırmaq burun əlamətlərini aradan qaldırır.
3. Evdə zökəmli xəstə varsa, körpə uşağın yastığının baş tərəfinə dilimlənmiş soğan qoyularsa, xəstəlik körpəyə yoluxmaz.