Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2020 13:25
"Nələrə rast gəldim bu yolda, kimləri gördüm. Səhv etdilər onları başa düşməyə çalışdım, dağıtdılar topladım. Bütün sevdiklərimə qucaq açdım, dosta, sirdaşa dar günündə yoldaş oldum".
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Xatun Əliyeva sosial şəbəkədə yazıb. Bir neçə gün əvvəl ad günü olan sənətçi etiraflar edib:
"Nə qaranlıqdakı yalnızlıqdan qorxdum, nə də parıldayan işıqlar gözümü qamaşdırdı. Böyük alqışlar almağıma baxmayaraq, şöhrət heç vaxt məni dəyişdirmədi.
Uşağın qarşısında əyildim, böyüyün əllərindən öpdüm, yaşıdıma bacı oldum. Hazırda dost bildiklərim yanımdadır... Ələkdən keçə bilməyənlər isə öz yalanlarında boğulmağı seçdilər. Xatun hər şeyi yaxşı görür, çox şeyi gözəl bilir, hamınızı əla tanıyır...
Bu yaşıma qədərki həyat mübarizəm, yaşadıqımlarım, gördüyüm haqsızlıqıar və bütün çətinliklər tamaşaçı sevgisinə qurban olsun".