Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İmişlidə yaşayan Rüstəmovlar ailəsi Laçının yaylaqlarına dönməyə hazırlaşır - VİDEO - FOTO

İmişlidə yaşayan Rüstəmovlar ailəsi Laçının yaylaqlarına dönməyə hazırlaşır - VİDEO - FOTO

Tarix: 2 Dekabr 2020 21:42

Onların yaylağı doğma yurdu olan Laçın, qışlağı isə İmişlidəki Şırinqum adlı ərazidir. Lakin erməni mənfurlarının Laçını işğal etməsi Rüstəmovlar ailəsini öz doğma yurdundan uzaq salmışdı. İndi bu həsrət bitib, hər bir laçınlı kimi Rüstəmovlar ailəsi də Laçına qayıdacağı günü gözləyirlər.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Laçının Malıbəy kəndindən olan Rüstəmovlar ailəsi 28 ildir ki, İmişlidə məskunlaşıb. Ötən bu illər ərzində vətənə qayıtmağı inamla gözləyən ailə Laçına məxsus xatirələrlə dolu mənəvi dəyəri olan bir neçə əşyanı da qoruyub saxlayıb.

Laçının Malıbəy kənd sakini Rəhman Rüstəmov deyib: "Mən Laçından çıxanda 25 yaşım var idi həmin zaman Gəncədə ali təhsil alırdım. Biz Laçından çıxanda erməni faşistləri kəndi yandırır, əhalini isə qırğına məruz qoyurdu. Bizim uşaqlıq illərimiz Laçında çox gözəl keçdi. Lakin gənclik illərimizin bütün arzuları məhv olaraq odlu-alovlu Laçında qaldı. Bu gün Laçının azad edilməsi bütün yaralarımızı sağaltdı. Bu sevinc hissləri üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevə və şanlı Ordumuza minnətdarıq. Biz Laçına qayıdacağımız günü inamla gözləyirdik. Mən hər gün səhər tezdən ayılanda Laçından gətirdiyim üzərinə Nizami Gəncəvinin rəsmi işlənmiş bu xalçaya baxırdım. Laçından gətirdiyim xurcun da mənə mənəvi dəyəri olan bir xatirədir. Bunlara baxanda Laçınla bağlı istəklərimin gerçəkləşəcəyi günləri gözləyirdim və 30 ilə yaxın idi ki, Laçının gözəl səfalı yerlərinə, yaylaqlarımıza qayıdacağımız günü gözləyirdim. Bu gün ən xoşbəxt anımı yaşayıram. Yenidən Laçında gözəl firavan həyatımız başlayacaq".


Etiketlər:  İmişlidə yaşayan Rüstəmovlar ailəsi Laçının yaylaqlarına dönməyə hazırlaşır VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ