Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ'' ''Makkabi''yə qarşı

''Qarabağ'' ''Makkabi''yə qarşı

Tarix: 3 Dekabr 2020 09:18

Bu gün Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun oyunları keçiriləcək.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, təmsilçimiz "Qarabağ" da növbəti oyununa çıxacaq. Ağdam klubu İstanbulda Təl-Əviv "Makkabi"sini qəbul edəcək.

Qurban Qurbanovun komandası pley-offa vəsiqə şansını itirsə də, İsraildə 0:1 hesabı ilə uduzduğu rəqibi ilə görüşdə qələbə əhəmiyyətlidir.

Paralel keçiriləcək qrupun digər oyununda "Sivasspor" "Vilyarreal"ı qəbul edəcək.

3 dekabr

Avropa Liqası, 5-ci tur

İ qrupu

21:55. "Qarabağ" (Azərbaycan) - "Makkabi" (Təl-Əviv, İsrail)
Baş hakim: Robert Hennessi (İrlandiya).
İstanbul (Türkiyə). "Başakşəhər Fatih Terim" stadionu.

21:55."Sivasspor" (Türkiyə) - "Vilyarreal" (İspaniya)


Etiketlər:  Qarabağ Makkabiyə qarşı


RƏYLƏR