Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ən bahalı “Apple” enerjidoldurma qurğusunun qiyməti açıqlanıb

Ən bahalı “Apple” enerjidoldurma qurğusunun qiyməti açıqlanıb

Tarix: 3 Dekabr 2020 22:09

“Apple” şirkəti yeni simsiz enerjidoldurma qurğusunun qiymətini açıqlayıb. Aksesuarı şirkətin saytında əldə etmək mümkündür.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, qoşa “MagSafe” enerjidoldurma qurğusu eyni anda “iPhone” smartfonları və “Apple Watch” saatlarının enerji ilə doldurulması üçün nəzərdə tutulub. Enerjinin doldurulması simsiz standart vasitəsilə həyata keçirilir. Aksesuar hər birində induksiya çarxının yerləşdiyi iki hissədən ibarətdir. Təsvirə görə, qurğu smartfonu maksimum 14 vatt, saatı 11 vatt gücündə enerji ilə doldura bilir. Bununla yanaşı, onu 20 vatt gücündə enerji adapterinə qoşmaq tələb olunur.
 
Məlumata görə, yeni qurğu “Apple” şirkətinin ən bahalı enerjidoldurma qurğusudur: onun təqribi qiyməti 185 dollar təşkil edir. Müqayisə üçün qeyd edək ki, ABŞ-da analoji qurğu 129 dollara satılır.
 
“Apple” saytında, həmçinin şirkət tərəfindən oktyabrın 13-də “iPhone 12” ilə birlikdə təqdim edilən adi “MagSafe” maqnit enerjidoldurma qurğusu satışa çıxarılıb. Aksesuarın təxmini qiyməti 53 dollara bərabərdir.
 
Bir müddət əvvəl məşhur bloger Con Prosser “Apple” şirkətinin növbəti nəsil “iPhone” modellərində simli enerjidoldurmadan imtina edəcəyini bəyan edib. Belə ki, enerjinin toplanılması üçün çıxışlara malik olmayan smartfonun buraxılışı gözlənilir. Qurğunun akkumulyatoru enerjini “Qi” standartı ilə uyğunluq təşkil edən qurğu vasitəsilə toplayacaq.
 
Nizam Nuriyev



Etiketlər:  Ən bahalı Apple enerjidoldurma qurğusunun qiyməti açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ