Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ötən gün 21 koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb

Ötən gün 21 koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb

Tarix: 4 Dekabr 2020 11:14

Bakı. Ceyhun Ələkbərov - Trend:

Analiz nəticələri pozitiv çıxan COVID-19 xəstələrinin evdə məcburi özünü təcrid qaydalarına əməl edilməsi daxili işlər orqanları tərəfindən nəzərətdə saxlanılır.

Bu barədə Trend-ə Daxili İşlər Naziryindən (DİN) bildiriblər. Respublika ərazisində dekabrın 3-də epidemiya əleyhinə, sanitariya-gigiyena, karantin rejimlərinin pozulmasına səbəb olan 21 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə saxlanılaraq, evə qaytarılıblar.

17 nəfər barəsində CM-nin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması, xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.

Aktiv koronavirus xəstələrinin, eləcə də onların yaxınlarının diqqətinə çatdırırıq ki, pandemiyaya qarşı görülən tədbirlərin səmərəli olması vətəndaşların qaydalara əməl etməsindən asılıdır.


Etiketlər:  Ötən gün koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb


RƏYLƏR