Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Maradona ilə bağlı qorxunc iddia: Döyüb, nərdivandan aşağı atıb

Maradona ilə bağlı qorxunc iddia: Döyüb, nərdivandan aşağı atıb

Tarix: 5 Dekabr 2020 11:50

Ötən həftə dünyasını dəyişən Dieqo Maradonanın vəfatından sonra iddiaların ardı kəsilmir.

Milli.Az fanat.az-a istinadla xəbər verir ki, əfsanəvi futbolçu ilə bağlı ortaya daha bir iddia atılıb. 

Əvvəlcə veteran futbolçunun keçmiş sevgilisi Rokio Oliva keçmiş həyat yoldaşı tərəfindən cənazə mərasiminə buraxılmamışdı. Ardınca Maradonanın bacısı Ana əfsanəvi futbolçunun ölümündən öncə qızları Dalma Giannina tərəfindən tərk olunduğunu iddia edib.

"Qızlarından onu sonuncu dəfə nə vaxt gördüklərini soruşun. Jurnalist Yanina Latorre Maradonaya baxdığım üçün 4 milyon peso aldığımı iddia edir. O, qardaşımın qızları tərəfindən pulla tutulub" deyə Ana bildirmişdi.

Maradonanın qızı Dalma isə bibisinin iddialarını təkzib etmişdi: "Onun nə danışdığını oxudum. Amma atama olan hörmətimə görə cavab verməyəcəm. Bibimlə danışmağa çalışdım, amma telefonlarıma cavab vermədi".

Bu arada jurnalist Yanina Latorre daha bir iddia ilə çıxış edib. Həmkarımız bildirib ki, Maradona keçmiş sevgilisi Rokio Oliva tərəfindən döyülüb: "Rokio ona dopinq etdirib. Tez-tez içki verib butulkası ilə onu döyüb. Ötən il Maradonanı nərdivandan aşağı atıb və nəticədə çiyni çıxıb".

İddia ilə bağlı açıqlama verən Rokio Oliva isə özünü müdafiə edib: "Yanina əvvəldən yalan danışır. Bunu necə uydurduğunu bilmirəm. O, oturduğu yerdə danışan və yalanlar uyduran biridi. Zamanı gələndə danışacam. Dieqonun futbolçu olaraq olduğundan daha yaxşı bir insan olduğunu göstərmək istəyirəm. İnsanların onun nə qədər böyük və sevgi dolu ürəyə sahib olduğunu bilməlidi. Özüm və Dieqo üçün güclü olmalıyam".

Milli.Az


Etiketlər:  Maradona ilə bağlı qorxunc iddia Döyüb nərdivandan aşağı atıb


RƏYLƏR