Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təkcə Qarabağ deyil, xalqın 90-cı illərdə dövlətinə sarsılmış inamı geri qayıtdı - Tarixçi

Təkcə Qarabağ deyil, xalqın 90-cı illərdə dövlətinə sarsılmış inamı geri qayıtdı -  Tarixçi

Tarix: 5 Dekabr 2020 12:21

Azərbaycanın ərazilərini Ermənistan işğalından azad etmək üçün apardığı 44 günlük müharibə dünya hərb tarixində hələ uzun zaman öyrəniləcək, təhlil ediləcək.

Bunu Sonxeber.net-a AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə deyib.

Onun sözlərinə görə, eyni dövrdə Azərbaycan dövlətinin diplomatik addımları və informasiya siyasəti də diqqəti cəlb edib: "Ümumilikdə götürdükdə qələbənin səbəbləri sırasında bir neçə mühüm amili qeyd etmək zəruridir. Məsələn, müharibə dövründə müəyyən dövlətlərin beynəlxalq təşkilatlarda Azərbaycana qarşı əsassız qətnamələr qəbul etdirmək cəhdlərinin qarşısını Azərbaycanın beynəlxalq təşkilatlarla, xüsusən Qoşulmama Hərəkatı ilə apadığı uğurlu diplomatik iş aldı. Azərbaycan dövlətinin regionda maraqlı olan qonşularla qurduğu yüksək səviyyəli əlaqələr bu dövlətləri məsələyə yanaşmalarında korrektələr etməyə məcbur etdi".

E.Kəlbizadə qeyd edib ki, əvvəllər Ermənistanın hansısa iqtisadi, tranzit potensialına inanan dövlətlərə bunun olmadığı sübut edildi. Ermənistanda hakimiyyətdə olan rejimin təkcə Azərbaycan üçün deyil, regionun bütün dövlətləri üçün təhlükə mənbəyi olduğu göstərildi. Bu mənada xüsusən Rusiya Federasiyası və İran İslam Respublikası ilə aparılan iş qeyd edilməlidir. Uzun illər ərzində münaqişənin həlli üçün hüquqi bazanın formalaşdırılması Azərbaycanın beynəlxalq hüquq baxımından mövqeyini gücləndirdi:

"Məlumdur ki, müharibələrin aparılmasında başlıca amillərdən biri mobillik və çeviklikdir. Bu baxımdan Ali Baş Komandan prosesi yüksək peşəkarlıqla idarə etdi. Hərbi əməliyyatların gedişində edilən bütün zəruri müdaxilələr yalnız böyük qələbə naminə idi".

E.Kəlbizadə əlavə edib ki, ən mühüm amil isə xalqın inamı, dövlət-xalq birliyi idi. İlham Əliyev siyasəti Azərbaycan xalqını tam qələbəyə kökləyə bilmişdi. Vaxtilə Azərbaycanda keçirilən beynəlxalq tədbirlər bir tərəfdən dünya ictimai rəyində Azərbaycan cəmiyyəti barədə əsassız fikirlərin arada qaldırılmasını, digər tərəfdən isə XX əsrin 90-cı illərinin əvvəllərində dövlətinin qüdrətinə və əzəmətinə inamı xeyli dərəcədə sarsılmış xalqın inamının qaytarılmasına hesablanmışdı: "Beləliklə, Prezident İlham Əliyev təkcə Qarabağı deyil, 17 il ərzində Azərbaycan dövlətinin əzəmətini və xalqın dövlətinə olan inamını geri qaytardı. İlham Əliyev əzəmətli Azərbaycanı Azərbaycana qaytardı".


Etiketlər:  Təkcə Qarabağ deyil xalqın illərdə dövlətinə sarsılmış inamı geri qayıtdı Tarixçi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ