Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2020 07:16
İşçi müəssisə ilə əmək müqaviləsi bağladığı halda, eyni zamanda, xidmət müqaviləsi bağlayıb əlavə məvacib ala bilərmi?
Sonxeber.net xəbər verir ki, Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, qeyd olunan hal sahibkarlıq fəaliyyəti hesab olunur və qanunvericilikdə bununla bağlı məhdudiyyət nəzərdə tutulmayıb. Bu halda, həmin şəxs vergiödəyicisi kimi uçota alınaraq əldə olunan gəlirlərdən həmin gəlirin əldə olunması ilə bağlı xərclərini çıxmaqla gəlir vergisi ödəməlidir. Vergiödəyicisi kimi uçotda olmadığı halda isə, gəliri ödəyən şəxs ödəmə mənbəyində 14 faiz dərəcə ilə gəlir vergisi və 25 faiz dərəcə ilə sosial sığorta haqqı tutub aidiyyəti üzrə köçürməli, hesabat təqdim etməlidir.