Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müharibədə qalib olan xalq gələcək nəsillərini də qələbə əzmində böyütməlidir - Deputat

Müharibədə qalib olan xalq gələcək nəsillərini də qələbə əzmində böyütməlidir - Deputat

Tarix: 7 Dekabr 2020 12:02

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan xalqı Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilən Zəfər Gününü əbədiyyətə qədər qeyd edəcək.

Bunu Trend-ə Milli Məclisin deputatı İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, Zəfər Gününün qeyd edilməsi Azərbaycan tarixinin çox parlaq hadisəsidir:

"Azərbaycanda indiyədək qeyd edilən Qələbə bayramı birbaşa Azərbaycan xalqının Qələbə bayramı deyildi. Amma artıq Azərbaycan xalqı Qələbə gününü əbədiyyətə qədər qeyd edəcək. Prezidentin imzaladığı sərəncamla Azərbaycanda Vətən müharibəsi abidə kompleksi və Zəfər muzeyinin yaradılması da yeni nəsillərin qəhrəmanlıq, vətənpərvərlik ruhunda tərbiyə olunması üçün dövlət səviyyəsində çox düzgün düşünülmüş mükəmməl addımlardır. Müharibədə qalib olan xalq gələcək nəsillərini də qələbə əzmində, vətənpərvərlik ruhunda böyütməlidir”.

Müharibədə qalib olan xalq gələcək nəsillərini də qələbə əzmində böyütməlidir - Deputat - Gallery Image


Etiketlər:  Müharibədə qalib olan xalq gələcək nəsillərini qələbə əzmində böyütməlidir Deputat


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ