Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2020 12:08
Böyük Britaniya Qərbdə əhalini koronavirus əleyhinə peyvəndləməyə başlayan ilk ölkə olub.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, "Pfizer" və "BioNTech" tərəfindən hazırlanan COVID-19 peyvəndi, ilk növbədə, İngiltərə, Uels və Şotlandiyada risk qruplarına vurulacaq.
Şimali İrlandiya hökuməti vaksinasiyaya həftənin əvvəlində başlayacaqlarını bildirib.
Böyük Britaniyaya peyvənd tədarükü edən şirkətlərindən biri olan "NHS Provayders" baş menecerinin müavini Şafran Korderi İngiltərədə 50 xəstəxananın artıq peyvənd aldığını və vaksin paylanmasının tam sürətlə getdiyini deyib.
Böyük Britaniyanın Səhiyyə Nazirliyi bu ilin dekabr ayının sonuna qədər 4 milyon dozaya qədər "Pfizer" və "BioNTech" peyvəndi alacağını bildirib.