Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanda əsgər valideynlərinin növbəti etiraz aksiyası keçirilib

Ermənistanda əsgər valideynlərinin növbəti etiraz aksiyası keçirilib

Tarix: 8 Dekabr 2020 13:00

Bakı. Orxan Nəbiyev - Trend:

Ermənistanın Eçmiədzin şəhərində əsgər valideynləri hərbi hissə qarşısında növbəti etiraz aksiyası keçirib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, etirazçılar Qarabağda qalan əsgərlərin geri qaytarılmasını tələb edib.

Valideynlərdən bəzilə əsgərlərin Zəngilan ətrafında mühasirəyə düşdüyünü, bəziləri isə əsir alındıqlarını bildirib.

Qeyd edək ki, həmin hərbi hissə qarşısında dekabrın 1-də də etiraz aksiyası keçirilmişdi. Qeyd olunur ki, Eçmiədzin hərbi hissəsindən Zəngilana yollanan 60 hərbçisindən 34-ü itkin düşüb.

Valideynlər Yerevanda Ermənistan Müdafiə Nazirliyinin qarşısında aksiya keçirəcəklərini bildiriblər.


Etiketlər:  Ermənistanda əsgər valideynlərinin növbəti etiraz aksiyası keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ