Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda müxalif jurnalist edam olunacaq

İranda müxalif jurnalist edam olunacaq

Tarix: 8 Dekabr 2020 17:10

İranda müxalif "Amadnews" xəbər portalının redaktoru Ruhullah Zem edam olunacaq.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İran Məhkəmə Hakimiyyətinin sözçüsü Qulam Hüseyn İsmaili məlumat yayıb. O, jurnalistə verilən hökmün Ali Məhkəmə tərəfindən təsdiqləndiyini qeyd edib.

Qeyd edək ki, "Amadnews" 2015-ci ildə teleqram sosial şəbəkəsində fəaliyyətə başlayıb. Rejim əleyhinə paylaşım edən portal 1 milyondan çox izləyiciyə sahib olub və 2017-ci ildə fəaliyyəti dayandırılıb.

Ruhullah Zemin redaktorluğundakı xəbər saytı "Sedaimardom" (Xalq səsi) olaraq yayımlarına davam edib. Zem 2019-cu ilin oktyabrında həbs olunub.


Etiketlər:  İranda müxalif jurnalist edam olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ