Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gecə tərləmələri nədən baş verir və qarşısını necə almaq olar?

Gecə tərləmələri nədən baş verir və qarşısını necə almaq olar?

Tarix: 8 Dekabr 2020 20:12

Tərləmək insan bədəninin təbii yollarla sərinləməsidir. Tərləmə ən çox isti havalarda müşahidə edilir. Ancaq, tərləmənin hansı vaxtda baş verməsinin önəmi çoxdur. Bəzi insanlarda gecə yatarkən tərləmələr baş verir. Bu cür tərləmə isə bəzən bir təhlükəli siqnal rolu oynaya bilər Yəni, gecə tərləmələrinin səbəbini araşdırmaq üçün mütləq həkimin müayinəsi lazım gəlir. Çünki, əksər vaxt gecə tərləmələri müxtəlif xəstəliklərin əlaməti ola bilir.
1. Gecə tərləmələrinə ilk növbədə otağın havasının isti olması səbəb olur. Bunun baş verməməsi üçün isə yatmadan əvvəl otağın havasına diqqət yetirmək lazımdır.
2. Bəzən gecə tərləmələri nəmişlik olan otaqda yatan zamanda da əmələ gələ bilir.
3. Qalın paltar, sintetik alt geyimləri, həddindən artıq isti və ya sintetik yorğanlar da insanların gecələr tərləməsinə səbəb ola bilir.
4. Bədən tempraturunun yüksəlməsi insanların gecələr tərləməsinə səbəb ola bilir. Bu müxtəlif infeksiya xəstəlikləri zamanı meydana çıxır.
5. Qadınlarda gecə tərləmələrinin baş vermə səbəblərindən biri də hormonal pozğunluqlardır. Ən çox menopauza dövründə qadınlarda gecə tərləmələri baş verir.
6. Kişilərdə gecə tərləmələri testosteronun çatışmazlığı səbəbindən baş verir. Buna səbəb isə androgenlərin miqdarının aşağı düşməsidir.
7. Bəzi tərlədici dərmanları qəbul etmək gecə tərləmələrinə səbəb olur. Bu dərmanlara antipretiklər və qızdırmasalıcı dərmanlar aiddir.
8. Gecə tərləmələri vərəm və ya AİDS xəstəlikləri səbəbindən də baş verə bilir.
9. Yatmazdan əvvəl spirtli içki qəbul etmək gecə tərləmələrinı səbəb olur.
Gecə tərləmələrinin qarşısını hansı təbii vasitələrlə almaq olar?
İlk növbədə yatmazdan əvvəl otağın havasına nəzarət edilmlidir. Yatmaq üçün otağın tempraturunun 20-23*-də olması vacibdir. Otağın istiliyi insanlara görə fərqli ola bilir. Gecələr tərləyən adamlara təbii parçadan tikilmiş alt paltarı geyinmək lazımdır. Gecələr tərləyən adamlara stress və gərginlikdən uzaq durmaq tövsiyə edilir. Ada çayı və qatırquyruğu dəmləmələri gecə tərləmələrinin qarşısının alınmasına yardım edir. Bu bitki dəmləmələri insanın stressini aradan qaldırır və sinir sistemini sakitlşdirməklə tərləmənin qarşısını alır.


Etiketlər:  Gecə tərləmələri nədən baş verir qarşısını necə almaq olar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ