Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyənin Çindən sifariş etdiyi “Sinovac” peyvəndinin koronavirusa qarşı ciddi təsirə malik olduğu təsdiqlənib

Türkiyənin Çindən sifariş etdiyi “Sinovac” peyvəndinin koronavirusa qarşı ciddi təsirə malik olduğu təsdiqlənib

Tarix: 9 Dekabr 2020 10:24

Bakı. Trend:

Türkiyə hökuməti yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı riskləri aradan qaldırmaq üçün virusdan qorunmaq məqsədilə peyvənd tətbiqi sahəsində çoxistiqamətli işlər görməkdədir. Yerli istehsalla bərabər xarici ölkələrin istehsalı olan vaksinlərin alınması da gündəmdə saxlanılır.

Trend xəbər verir ki, Türkiyə Çində istehsal olunan “Sinovac” peyvəndindən sifariş edib. “Sinovac” peyvəndinin bir sıra göstəricilərinə görə koronavirus infeksiyasına qarşı ciddi təsirə malik olduğu təsdiqlənib. Bu peyvənd bir sıra ölkələrdə klinik sınaqlardan uğurla çıxıb.

Artıq İndoneziyada “Sinovac” peyvəndinin klinik sınağının üçüncü mərhələsi müvəffəqiyyətlə nəticələnib. İndoneziyanın dövlət dərman qurumu “Bio Farma”nın açıqlamasına görə, bu peyvənd COVID-19 infeksiyası ilə mübarizədə 97 faizlik uğurlu nəticə göstərib. İndoneziyada “Sinovac” peyvəndinin klinik sınağı 1600 nəfər üzərində aparılıb.

Türkiyənin səhiyyə naziri Fahrettin Kocanın məlumatına görə, Türkiyə “Sinovac” vaksinindən 50 milyon doza sifariş verib. Bu peyvəndin tətbiqinə dekabrda başlanılacaq. Peyvəndin ilk olaraq səhiyyə işçilərinə vurulacağı bildirilir.

Qeyd edək ki, artıq Braziliya, Çili və Banqladeş də Çin istehsalı olan “Sinovac” peyvəndini ilk sifariş edən ölkələrdəndir.


Etiketlər:  Türkiyənin Çindən sifariş etdiyi Sinovac peyvəndinin koronavirusa qarşı ciddi təsirə malik olduğu təsdiqlənib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ