Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cari ildə qlobal sərnişin trafiki 64,2 faiz azalacaq

Cari ildə qlobal sərnişin trafiki 64,2 faiz azalacaq

Tarix: 9 Dekabr 2020 21:28

2020-ci ilin sonuna qədər qlobal aviasiya sektoru 6 milyarddan çox sərnişinin azalmasını müşahidə edəcək.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Hava Limanlarının Beynəlxalq Şurası (ACI) məlumat yayıb.

Şuraya görə, cari ildə qlobal sərnişin trafikinin pandemiya öncəsi proqnoza nisbətən 64,2 azalacağı nəzərdə tutulur. Qlobal aviasiya sektorunda ilin sonuna kimi 6 milyarddan çox sərnişinin azalacağı gözlənilir. Avropa və Yaxın Şərqin bundan ən çox təsir görən iki bölgədir - proqnozlaşdırılan göstərici ilə müqayisədə 70 faizdən çox azalma olacaq. Asiya-Sakit Okean regionu digər bölgələrə nisbətən daha erkən və sürətli bərpa prosesi nümayiş etdirib, 2020-ci ildə bu bölgədə 59,2 faiz azalma proqnozlaşdırılır.

Qlobal aviasiya sektorunun bu il təxminən 172 milyard dollar gəlir əldə edəcəyi gözlənilirdi. Lakin COVID-19-un bu sektor üzrə gəlirlərə mənfi təsiri gəlirlərin pandemiyadan əvvəlki proqnozla müqayisədə 65 faiz azalaraq 111,8 milyard dollara düşməsi ilə nəticələnəcək.

"ACI" daxili reyslər üzrə sərnişin trafikinin gələn il beynəlxalq sərnişin axınının bərpası ilə birlikdə 2023-cü ilə qədər 2019-cu ildəki səviyyəyə qayıtması gözlənilir.

Şuranın baş direktoru Luis Felipe de Oliveira deyib: "Bəzi müsbət əlamətlər görünsə də, hələ qarşıda çox uzun bir yol var".

O, bərpa prosesi ilə bağlı möhkəm baza formalaşdırmaq üçün aviasiya sənayesinin hökumətlərin köməyinə və siyasət dəstəyinə ehtiyacı olduğunu vurğulayıb.


Etiketlər:  Cari ildə qlobal sərnişin trafiki faiz azalacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ