Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qırıq vaza 200 min funt sterlinqə satıldı - FOTO

Qırıq vaza 200 min funt sterlinqə satıldı - FOTO

Tarix: 10 Dekabr 2020 08:38

Təsadüfən sınan və sonra yapışdırılan antik Çin vazası İngiltərənin Derbişir şəhərində auksionda 200.000 funt sterlinqə (453 853 AZN) satılıb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, sahibləri vazanın 1950-ci ildə bir ov yığıncağı zamanı qırıldığını bildirib. Onlar qırıntıları bir-birinə yapışdırmağa çalışıblar, lakin çox sayda çatlar və yapışqan izlərini gizlədə bilməyiblər.

Vaza 1736-1796-cı illər arasında hökm sürən Çin sülaləsinin Çyanlun imperatoru dövründə hazırlanıb.

Qiymətləndirici vazanın zədələnməsi səbəbi ilə 10 min funt sterlinqdən (22,6 min manatdan çox) baha olmayacağını düşünürdü.

Lakin proqnozların əksinə olaraq, hərrac zamanı onun lot qiyməti 200 min funt sterlinqə çatıb. Vazanı internet vasitəsilə hərraca qatılan bir çinli alıb.

Çatlar olmasaydı, vazanın 600-700 min funt sterlinqə (1.3-1.5 milyon AZN-dən çox) satıla biləcəyi vurğulanıb.


Etiketlər:  Qırıq vaza funt sterlinqə satıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ