Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Keçmiş məhkumun avtomobilindən külli miqdarda narkotik götürülüb (FOTO)

Keçmiş məhkumun avtomobilindən külli miqdarda narkotik götürülüb (FOTO)

Tarix: 10 Dekabr 2020 12:42

Bakı. Trend:

Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Bərdə rayon Otuzikilər kənd sakini, əvvəllər məhkum olunmuş, 56 yaşlı Nail Qasımov yaşadığı kənd ərazisində saxlanılaraq Qərb Regional Şöbəyə gətirilib.

Şöbədə onun üzərinə baxış keçirilən zaman 2 ədəd kağız bükümlərdə ümumi çəkisi 14.97 qram narkotik vasitə olan qurudulmuş “marixuana” aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində N. Qasımova məxsus “VAZ 21013” markalı avtomobilin yük yerindən 3 ədəd sellofan torbada ümumi çəkisi 7 kiloqram 900 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərk götürülüb.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Keçmiş məhkumun avtomobilindən külli miqdarda narkotik götürülüb (FOTO) - Gallery Image Keçmiş məhkumun avtomobilindən külli miqdarda narkotik götürülüb (FOTO) - Gallery Image Keçmiş məhkumun avtomobilindən külli miqdarda narkotik götürülüb (FOTO) - Gallery Image


Etiketlər:  Keçmiş məhkumun avtomobilindən külli miqdarda narkotik götürülüb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ