Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bir gündə yaşayış yerini tərk edən daha 25 COVİD-19 xəstəsi saxlanıldı

Bir gündə yaşayış yerini tərk edən daha 25 COVİD-19 xəstəsi saxlanıldı

Tarix: 10 Dekabr 2020 17:48

Bakı. Samir Əli - Trend:

Xüsusi karantin rejimi qaydalarına zidd olaraq, virusa yoluxan şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunur.

Daxili İşlər Nazirliyindən Trend-ə bildirilib ki, dekabrın 9-da polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublikamızda əhalinin intensiv hərəkət etdiyi, ictimai yerlərdə 25 aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb. Görülən tədbirlərlə həmin şəxslər evə qaytarılıblar.

Onlardan 21 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.
Bir daha vətəndaşlarımızı xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırırıq.


Etiketlər:  gündə yaşayış yerini tərk edən daha COVİD xəstəsi saxlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ