Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2020 18:12
Bakı. Samir Əli - Trend:
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Trend Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, müraciətlə əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu təcili xilasetmə tədbirlərinin görülməsi üçün həmin ünvana cəlb olunub. Təlimata uyğun həyata keçirilən tədbirlər nəticəsində giriş qapısı açılıb və mənzilə baxış keçirilib.
Mənzildə aşkarlanan 1974-cü il təvəllüdlü Səfərova Mətanət Tofiq qızının meyiti aidiyyəti üzrə təhvil verilib.