Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhurlar Olimpiya məşəli estafetinin iştirakçıları siyahısından çıxarıla bilər

Məşhurlar Olimpiya məşəli estafetinin iştirakçıları siyahısından çıxarıla bilər

Tarix: 11 Dekabr 2020 07:48

Yaponiya hökuməti koronavirusun qarşısını almaq üçün tədbirlər çərçivəsində gələn il Tokioda keçiriləcək Yay Olimpiya Oyunları ərəfəsində məşhurları Olimpiya məşəli estafetinin iştirakçıları siyahısından çıxarmağı düşünür.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Hakimiyyət orqanları yarış marşrutu boyunca həddindən artıq tamaşaçı izdihamının olma ehtimalını azaltmaq üçün belə bir addım atmaq niyyətindədir. Çünki bu, öz növbəsində, Oyunlardan əvvəl və onların keçirilməsi zamanı epidemioloji vəziyyətə təsir edəcək infeksiyaların sayında artımın əlavə risklərini yarada bilər.

Hökumət, həmçinin sponsorların məhsullarını və marka adları olan mallarını izləyicilərə paylamasına qadağa tətbiq etməyi düşünür.

Xatırladaq ki, Olimpiya məşəli cari ilin əvvəllərində Yunanıstanın Olimpiya kəndindən götürülərək Oyunların vaxtının dəyişdirilməsi barədə qərarın qəbulundan dörd gün əvvəl Yaponiyaya gətirilib.

Həmin vaxtdan etibarən məşəl təşkilatçı ölkədə saxlanılır.

Estafetin gələn il martın 25-də Fukuşima prefekturasında futbol təlimi mərkəzində başlaması planlaşdırılır. Tədbir 121 gün davam edəcək və məşəl Yaponiyanın 47 prefekturasında səyahətdə olacaq.

Olimpiya Oyunları gələn il iyulun 23-də, Paralimpiya Oyunları isə avqustun 24-də başlayacaq.


Etiketlər:  Məşhurlar Olimpiya məşəli estafetinin iştirakçıları siyahısından çıxarıla bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ