Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“PSJ-dən ayrılmaq fikri heç ağlımdan keçməyib” - Neymar

“PSJ-dən ayrılmaq fikri heç ağlımdan keçməyib” - Neymar

Tarix: 11 Dekabr 2020 18:10

"Parisdə çox xoşbəxtəm. Komanda yoldaşlarımla belə bir klubda olduğum üçün çox şadam".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri PSJ-nin hücumçusu Neymar Fransa mətbuatına açıqlamasında deyib. 

Paris klubundan ayrılacağı haqda xəbərlərə münasibət bildirən braziliyalı futbolçu hazırda belə bir fikirdə olmadığını qeyd edib: "PSJ-dən ayrılmaq fikri heç ağlımdan keçməyib. Hazırda burda olduğum üçün şadam, gələcəkdə nə olacağını görəcəyik".

Qeyd edək ki, Neymarın PSJ ilə hazırkı sözləşməsinin müddəti 2022-ci ilin yayına qədərdir.

Milli.Az


Etiketlər:  PSJ dən ayrılmaq fikri heç ağlımdan keçməyib Neymar


RƏYLƏR