Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2020 23:21
C vitamini koronavirus infeksiyasından ölümlərin üç dəfə azalmasına kömək edir.
Sonxeber.net xəbər verir ki, beynəlxalq alimlər qrupunun araşdırmalarının nəticələri "Nutrients" jurnalında dərc edilib. Bildirilib ki, C vitamininin istifadəsi koronavirus səbəb olduğu ağır xəstəlik sayının azalmasına və nəticədə ölümlərin 68 faiz azalmasına kömək edir. Həmçinin gündəlik 6-24 qram vitamin qəbulu infeksiya halında süni nəfəs cihazında qalma müddətini azaldır.
Tədqiqat müəlliflərindən biri Anitra Karr qeyd edib ki, bədən immun sistemini dəstəkləmək üçün C vitamini istifadə edir, lakin orqanizm C vitamini ifraz edə bilmir. (publika.az)