Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2020 23:42
Yeni koronavirusa yoluxmuş şəxsin ətrafa yoluxduruculuq təhlükəsi 90 gün ola bilər. Getdikcə yoluxdurma müddəti uzanır.
Sonxeber.net xəbər verir ki, Rusiyanın baş sanitar həkimi Anna Popova koronavirusa yoluxub sağalmış şəxsin hələ 90 gün başqalarını yoluxdura biləcəyini açıqlayıb.
"Müşahidələrimiz göstərir ki, 48 gündən 90 günə kimi yoluxduruculuq təhlükəsi qalır.
Hətta xəstə heç bir əlamətləri olmasa da, qan analizləri yaxşı olsa da, o burnundan virus xaric edir.
Ona görə xəstələr sağaldıqdan sonra da uzun müddət qapalı yerlərdə insanlara yaxın olmamalı, maska taxmalı və arxayınlaşmamalıdırlar". /medicina.az