Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azercell-in dəstəklədiyi “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində maraqlı tədbirlər və jurnalistlər üçün müsabiqə gözlənilir

Azercell-in dəstəklədiyi “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində maraqlı tədbirlər və jurnalistlər üçün müsabiqə gözlənilir

Tarix: 12 Dekabr 2020 11:52

Bakı. Trend:

Dekabrın 14-19-da Azərbaycanda növbəti “InnoWeek – İnnovasiya həftəsi” keçiriləcək.

Tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, İnnovasiyalar Agentliyi, “Azercell Telekom” MMC-nin birgə təşkilatçılığı ilə onlayn şəkildə baş tutacaq.

Həftə çərçivəsində Azercell şirkətinin dəstəyilə jurnalistlər arasında “InnoWeek-İnnovasiyalar həftəsi 2020”-yə həsr olunmuş müsabiqə elan olunur: “InnoWeek-İnnovasiyalar həftəsi 2020” haqqında “Ən yaxşı veriliş”, “Ən yaxşı televiziya süjeti” və “Ən yaxşı məqalə” hazırlayan media nümayəndələri mükafatlandırılacaq. Bir müəllif yalnız bir nominasiya üzrə iştirak edə bilər.

Müsabiqədə iştirak edən müəlliflərin hazırladıqları məqalə və video materiallar 25 dekabr tarixinədək yayımlanmalıdır. Materialların linkləri [email protected] elektron poçtuna göndərilməlidir. Materiallarla birlikdə müsabiqədə iştirak edən müəllif barədə anket məlumatları (adı, soyadı, iş yeri və vəzifəsi, əlaqə telefonu və elektron poçt ünvanı) da təqdim olunmalıdır.

Nominasiyalar üzrə qəbul olunmuş materialları münsiflər heyəti dəyərləndiriləcək, nəticələr 29 dekabr tarixində açıqlanacaq. Qaliblər Azercell tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.


Etiketlər:  Azercell in dəstəklədiyi InnoWeek İnnovasiya həftəsi çərçivəsində maraqlı tədbirlər jurnalistlər üçün müsabiqə gözlənilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ