Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2020 08:54
Bakı. Trend:
Cəlilabad rayonunda ümumi sahəsi 84 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 36 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1939-cu il təvəllüdlü Hətəmova Nübar Ələkbər qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.