Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ankara koronavirusa qarşı peyvəndi Pekindən alacaq

Ankara koronavirusa qarşı peyvəndi Pekindən alacaq

Tarix: 16 Dekabr 2020 04:32

Türkiyə Çin kompaniyaları tərəfindən hazırlanan koronavirus əleyhinə peyvəndin effektiv və təhlükəsiz olduğunu, vaksinasiyada ondan istifadə ediləcəyini bildirib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu məsələ Türkiyə və Çin xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Van İ arasında telefon danışığı zamanı müzakirə olunub. Mövlud Çavuşoğlu koronavirusun yayılmasının qarşısını uğurla aldığına görə Çin rəhbərliyini təbrik edib.

Xatırladaq ki, mart ayında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının məlumatına əsasən, indiyə qədər dünyada koronavirusa 73 milyon 270 mindən çox yoluxma və 1 milyon 630 mindən artıq ölüm faktı qeydə alınıb.

Türkiyədə ötən sutka ərzində 29 min 617 yoluxma halı aşkarlanıb və pandemiyanın başlanğıcından bəri yoluxanların ümumi sayı 1 milyon 866 min 345 nəfərə çatıb. Həmçinin COVID-19 infeksiyası səbəbindən 16 min 646 nəfər vəfat edib.


Etiketlər:  Ankara koronavirusa qarşı peyvəndi Pekindən alacaq


RƏYLƏR