Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2020 12:44
ABŞ-ın yeni Prezidenti Co Bayden Kuba ilə əlaqələri normallaşdırmağı planlaşdırır.
Sonxeber.net unikal.org-a istinadən xəbər verir ki, Bayden ABŞ-ın Kuba ilə bağlı çoxillik siyasətini dəyişdirib, sanksiyaları ləğv edəcək. Yeni Prezident, həmçinin Kubaya səfər, pul köçürmələri ilə bağlı məhdudiyyətləri də yenidən nəzərdən keçirəcək.
Qeyd edək ki, Bayden seçkiöncəsi açıqlamasında Kubaya yönəlik yeni siyasətə ehtiyac olduğunu açıqlamışdı.