Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsveçdə bütün yaş qrupları üzrə koronavirusa yoluxma sayı sürətlə artır

İsveçdə bütün yaş qrupları üzrə koronavirusa yoluxma sayı sürətlə artır

Tarix: 16 Dekabr 2020 12:50

İsveçdə bütün yaş qruplarının nümayəndələri arasında koronavirusa yoluxma sayı sürətlə artır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, çərşənbə axşamı İsveç ictimai səhiyyə agentliyi ölkədə COVID-19 ilə əlaqədar yeni məlumatları təqdim edib.

İctimai səhiyyə agentliyinin şöbə müdiri Sara Bayforsun sözlərinə görə, ölkədə bütün yaş qruplarının nümayəndələri arasında yoluxanların sayında artım müşahidə olunur. Onun fikrincə, risk qrupuna ən çox 70 yaşdan yuxarı insanlar daxildir, çünki onlar daha çox xəstəxanalara ehtiyac duyur və daha çox ölüm riskinə malikdir.

Sara Bayfors infeksiyanın yayılmasını yavaşlatmaq üçün hər cür səy göstərməyin zəruriliyini qeyd edib.

İsveçdə uzun müddət ərzində koronavirus ilə bağlı vəziyyətin pisləşməsi müşahidə olunur. Belə ki, ötən cümə günündən etibarən Krallıqda 20 min 931 yeni yoluxma halı və 153 ölüm halı qeydə alınıb. Virus qurbanlarının ümumi sayı 7667 nəfərə çatıb.


Etiketlər:  İsveçdə bütün yaş qrupları üzrə koronavirusa yoluxma sayı sürətlə artır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ