Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2020 14:46
"Yerablur"a gəlməyin, varlığınızla uşaqlarımızın məzarlarını ləkələməyin".
Sonxeber.net xəbər verir ki, bunu Qarabağ müharibəsində ölən erməni əsgərlərin anası baş nazir Nikol Paşinyana müraciətində deyib.
"Hər həftə Yerablur hərbi panteonunu ziyarət etmək artıq ailəmizdə bir qanun halına gəldi, amma indi ora getməkdən qorxuram. Bundan sonra onlara nə deyim? Deyim ki, öz əlləri ilə hər şeyi məhv edən birini hakimiyyətə gətirdilər?", - 2 oğlu müharibədə ölən valideyn deyib.
"Siz addımlarınızla uşaqlarımızın məzarlarını ləkələyirsiniz, heç olmasa, buranı təmiz və müqəddəs qoyun ki, çirkli ayağınızın "Yerablur"a girmədiyini söyləyək. Oraya gəlməyin", - başqa bir əsgər valideyni baş nazirə müraciətində bildirib. (publika.az)