Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Anar Həsənov: AccessBank liderliyini qoruyur

Anar Həsənov: AccessBank liderliyini qoruyur

Tarix: 11 Iyul 2019 16:42

Bakı. Trend:

Ölkədə işgüzar aktivliyin bərpa olunması maliyyələşməyə tələbatı artırır, bu isə öz növbəsində müştərilərin kredit iştahasının da artmasına səbəb olur.

Bunu AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənov "AHK Impuls" iştirakçıları qarşısında çıxış edərkən deyib. Tədbir Almaniya-Azərbaycan Xarici Ticarət Palatası tərəfindən təşkil olunub.

Sədrin sözlərinə görə, 53%-lik bazar payı ilə AccessBank mikro kreditlərin verilməsində liderliyini qoruyur. Bankın mikro kredit müştərilərinin sayı 55000 nəfər təşkil edir.

"Bank tərəfindən kreditlərin təxminən 97%-i milli valyutada verilir. Portfelimiz olduqca keyfiyyətlidir və hazırda gecikmə əmsalı 0,2% təşkil edir. Kredit mütəxəssislərimizin məhsuldarlığı devalvasiyadan öncə müşahidə olunan göstəriciləri üstələyib. Hazırda bir əməkdaşımızın orta aylıq məhsuldarlığı 21 mikro kredit təşkil edir, bu isə ay ərzində bank tərəfindən təxminən 6000 mikro kreditin verilməsi deməkdir", - deyə o vurğulayıb.

Cənab Həsənov onu da bildirib ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərini əlçatan maliyyə mənbələri ilə təmin etmək məqsədilə AccessBank Sahibkarlığın İnkişafı Fondu, Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə sıx əməkdaşlıq edir. "Bank AKİA ilə əməkdaşlığa cari ilin aprel ayından etibarən başlayıb və bu müddət ərzində müştərilərimizə 3 milyon manat məbləğində kredit verilib", - deyə o bildirib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Anar Həsənov AccessBank liderliyini qoruyur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ