Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Premyer Liqada yeni qadağa gözlənilir

Premyer Liqada yeni qadağa gözlənilir

Tarix: 16 Dekabr 2020 17:06

İngiltərə Premyer Liqasında çıxış edən futbolçuların əvəzedici heyətdə iştirak etməsi qadağan oluna bilər.

Milli.Az apasport.az-a istinadla bildirir ki, İngiltərə Peşəkar Futbolçular Assosiasiyası (PFA) bununla bağlı Premyer Liqa (APL) və İngiltərə Futbol Liqası (EFL) rəhbərliyinə müraciət edib.

PFA hesab edir ki, oyunçuların fərdi çalışması və ya əvəzedici heyətə göndərilməsi baş məşqçinin ona ümid bəsləmədiyinə işarədir və bu, futbolçular üçün alçaldıcı addımdır. Belədə futbolçularda psixoloji problemlər yaranır. "Çelsi"də Daniel Drinkuoter və "Tottenhem"də Denni Rouz buna misal göstərilib.

İngiltərə Peşəkar Futbolçular Assosiasiyası hər iki məsələ ilə bağlı klublara qadağa qoyulmasını tələb edib.

Milli.Az


Etiketlər:  Premyer Liqada yeni qadağa gözlənilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ